“Bakı Hərrac Mərkəzi” MMC 2016-cı ildə hərracların təşkili üzrə ixtisaslaşdırılmış kommersiya müəssisəsi kimi AR Nazirlər Kabinetinin 19 saylı 1991-ci il tarixli müvafiq sərəncamı ilə "Bakı Birjası"-nın hüquqi varisi kimi yaradılmış “Respublika Əmtəə Birjası”-nın nəzdində təsis edilmişdir.
“Respublika Əmtəə Birjası” fəaliyyəti dövrü ərzində müxtəlif dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin sifarişlərini yüksək peşəkarlıqla icra etmişdir. Habelə, “Respublika Əmtəə Birjası”-nın nəzdində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi” MMC müxtəlif növ hərracların təşkili və keçirilməsi üçün müasir tələblərə cavab verən texniki təchizata, avadanlığa, peşəkar şəxsi heyətə malikdir.
Eyni zamanda bildiririk ki, “Bakı Hərrac Mərkəzi” MMC müxtəlif növ hərracların təşkili ilə bağlı sifarişlərin icra olunması üçün hərracların təşkili və keçirilməsi, hərracların canlı izləmə şəraitinin yaradılması, saxlanc xidməti (anbarlar və dayancaqlar), hərrac iştirakçılarına elektron xidmətlərin göstərilməsi (iştirakçıların elektron qeydiyyatı, SMS bildirişlərin göndərilməsi və s.), habelə elektron hərracların həyata keçirilməsi kimi xidmətlərin təqdim edilməsi imkanlarına malikdir.